Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:45

Temza çayının daşmasına görə minlərlə insan evakuasiya edilir


İngiltərədə ölkənin əsas çayı Temzada su səviyyəsinin qalxması nəticəsində sahilboyu onlarca kənd və qəsəbənin əhalisi köçürülür.

Berkşir əyalətindəki kəndlərdən birinin sakini baş varənləri “qorxulu film səhnəsi” adlandırıb.

Daşqınlar baş verən əraziləri gəzməkdə olan baş nazir David Cameron bəyan edib ki, indi siyasi tənqid və çəkişmələrin vaxtı deyil və insanları xilas etmək lazımdır.

Müxalifət daşqınlara yarıtmaz hazırlıqda hökuməti ittham edir.

Maliyyə naziri George Osborne isə deyib ki, yağışa görə heç kimi ittiham etmək olmaz.

Mütəxəssilər Temza çayının belə daşmasının 1980-ci illərdən bəri görünməmiş hadisə olduğunu bildirirlər.

Son 24 saat ərzində 150 nəfər evlərinin damlarından xilas edilib.

Xilasetmə işlərinə ordu birləşmələri cəlb edilib.

Leysan yağışları və sellər nəticəsində ölkənin cənub əyalətlərinə gedən dəmir yolları sıradan çıxıb.

Hava proqnozları yaxın günlər üçün daha çox yağış və sel vəd edir.
XS
SM
MD
LG