Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:43

Ağ evdən İranın “gəmi hədəsinə” münasibət


Jay Carney
Jay Carney

“İran elan edib ki, gəmilərini ABŞ yaxınlığına göndərir. Amma bizim əlimizdə İranın öz gəmilərini ABŞ sərhədlərinə yaxın sulara göndərməsini təsdiqləyən sübut yoxdur”.

Bunu Ağ evin sözçüsü Jay Carney deyib.

Onun sözlərinə görə, ABŞ-la İran arasında ciddi fikirayrılıqları qalmaqdadır. Və ABŞ Irana qarşı beynəlxalq sanksiyaların yerinə yetirilməsinə çalışmaqla yanaşı İranın beynəlxalq terrorçuluğa, Hezbollaha yardım etməsinə qarşı çıxır. Carney bildirib ki, ABŞ heç də İrana güzəştə getmir. Sadəcə, beynəlxalq ictimaiyyətin dəstəyilə İranın münahisəli nüvə proqramı ilə bağlı məsələni dinc yolla həll etməyə çalışır.
XS
SM
MD
LG