Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:02

Cenevrədə Suriya üzrə sülh danışıqlarının 2-ci mərhələsi başlanır


Fevralın 10-da Cenevrədə Bashar al-Assad hökuməti ilə və Suriya müxalifəti arasında növbəti sülh danışıqları keçirilməlidir.

BMT-nin Suriya məsələləri üzrə vasitəçisi Lakhdar Brahiminin hər iki tərəflə ayrıca görüşməsi nəzərdə tutulub.

Sülh danışıqlarının birinci mərhələsi ötən ay başa çatıb, amma heç bir irəliləyiş olmayıb.

Müxalifət Asad-in yeni keçid hökumətində hər hansı rol almamasında israrlıdır.

Bazar günü üsyançıların mühasirəyə aldığı Homs şəhərindən 600 mülki şəxs evakuasiya olunub. Bu, Homsda BMT-nin vasitəçiliyi ilə həyata keçirilən üçüncü evakuasiya idi.
XS
SM
MD
LG