Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 17:22

Təhsil Nazirliyi son 3 ildə 34 özəl uşaq bağçasına lisenziya verib


özəl uşaq bağçası
-
AzadlıqRadiosunun informasiya sorğusunu cavablandıran nazirlik qeyd edib ki, 2011-ci ildə 18, iki il əvvəl 13, ötən il isə 3 uşaq bağçasının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib.

Bu ilin ilk aylarında Təhsil Nazirliyi 3 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılıq verib.

Ölkədə 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi var. Onlardan yalnız 40-ı özəldir.
Rəsmi statistikaya görə, 1-5 yaşlarında olan uşaqların təxminən 15 faizi uşaq bağçasına gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG