Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:45

Sabunçuda ev uçub


-
Fevralın 8-də Sabunçu rayonunda uçqun altında qalan 17 yaşlı Elton Həsənov xilas edilib.

ANS-in yazdığına görə, saat 11 radələrində Ramana-Qala yolunun kənarında yaşayış evi uçub. Bu zaman evdə olan Elton Həsənov uçqunlar altında qalıb. Bir qədər sonra hadisə yerinə gələn xilasedicilər onu evin uçmuş tavanı altından sağ çıxarıblar.

Ev tam yarasız hala düşdüyündən ailənin başqa bir ünvana köçürüldüyü bildirilir.

Məlumatlara görə, ərazidəki qonşu evlərə də baxış keçirilib və həmin evlərin yaşayış üçün təhlükəli olması barədə sakinlərə xəbərdarlıq edilib.
XS
SM
MD
LG