Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:44

Firəngiz Şərifzadə 90 yaşına çatdı


Firəngiz Şərifzadə
Firəngiz Şərifzadə
-
Fevralın 6-da Azərbaycan teatrının canlı korifeyi, görkəmli sənətkar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti, Şöhrət ordenli Firəngiz Şərifzadənin 90 yaşı tamam olub.

​Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, teatrın bir qrup əməkdaşı 90 illik yubileyi münasibətilə onu ziyarət edib.

Xəbərdə deyilir ki, Firəngiz xanımın müxtəlif tamaşalarda ifa etdiyi maraqlı, rəngarəng obrazlar qalereyası sənətkarı xalqın sevimlisinə çevirib.

İstedadı, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi olan aktrisa “Söhrab və Rüstəm” (İskəndər Coşğun), “Anacan” (Yusif Əzimzadə), “Keçən ilin son gecəsi” (Anar), “Sən nə üçün yaşayırsan?” (İmran Qasımov, Həsən Seyidbəyli), “Rübailər aləmində” (Məmmədhüseyn Təhmasib), “Yazığam, sevmə məni” (Əkrəm Əylisli), “Şəhidlər” (Bəxtiyar Vahabzadə), “Mahmud və Məryəm” (Elçin), “Ağ Dəvə” (Elçin), “Nənənin kələyi” (Əhməd Orucoğlu) və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb.

Firəngiz xanım eləcə də, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Qərib cinlər ölkəsində”, “Bayquş gələndə”, “Vacib müsahibə”, “Qum üzərində ev”, “Gümüşgöl əfsanəsi”, “Qətl günü” və başqa filmlərdə oynayıb.

Xatırladaq ki, Azərbaycan teatrının korifeyləri – Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində dünyaya gələn Firəngizin böyük səhnəyə ilk debütü 3 yaşında olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG