Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 11:09

Britaniya baş naziri Şotlandiyanı ayrılmamağa çağırır


Bu gün Britaniyanın baş naziri David Cameron ölkənin bir hissəsi olan Şotlandiyanın sakinlərini qarşıdan gələn referendumda müstəqlliyi dəstəkləməməyə çağıracaq.

Britaniya baş nazirinin ofisindən bildirilib ki, o, özünün emosional çıxışında şotlandları Birləşmiş Krallığın böyüklüyünü qorumağa çağıracaq.

Şotlandiyanın müstəqilliyinə dair referendum bu il, sentyabrın 18-də keçiriləcək.

Bununla belə, referendumdan əvvəl keçirilən rəy sorğuları göstərir ki, şotlandlar müstəqilliyin əleyhinə səs verəcəklər.

Başqa bir rəy sorğusu isə uelslilərin, ingilislərin, irlandların Şotlandiyanın ayrılması əleyhinə olduqlarını nümayiş etdirib.
XS
SM
MD
LG