Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:32

Misirdə marşal Abdel Fatah al-Sisi prezidentliyə namizəd olacaq


Küveyt mediasının yaydığı xəbərlərə görə, Misirdə keçid hökumətinin rəhbəri olan hərbçi Abdel Fatah al-Sisi prezident seçkilərində namizədliyini irəli sürəcək.

Mətbuara verditiyi müsahibəsində al-Sisi deyib kİ, “o Misir xalqının istəyinə əməl etmək məcburiyyətindədir”.

General al-Sisi islamçı prezident Mohamed Morsi-nin devrilməsində əsas rol oynamışdı.

Ərəb mediasının məlumatına görə al-Sisi o qədər böyük populyarlığa malikdir ki, onun qarşıdan gələn seçkilərdə inamlı qələbə qazanacağına heç bir şübhə qalmır.

Bununla belə, sonradan al-Sisi-nin sözçüsü bildirib ki, o, hələlik öz namizədliyini rəsmən irəli sürməyib və bunu Misir xalqının qarşısında açıq şəkildə edəcək.
XS
SM
MD
LG