Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Oktyabr, şənbə, Bakı vaxtı 12:37

ABŞ Dövlət katibinin köməkçisi Ukrayna prezidenti ilə görüşüb


Viktor Yanukovich və Victoria Nuland
Ukraynada səfərdə olan ABŞ Dövlət katibinin köməkçisi Victoria Nuland prezident Viktor Yanukovychlə görüşüb.

Yanukovych konstitusiyada islahatlar aparılması ilə bağlı müxalifətlə dialoqa hazır olduğunu bildirib.Amma o qeyd edib ki, konstitusiyaya düzəlişlər qanun çərçivəsində həyata keçirilməlidir.Tərəflər ölkədəki siyasi böhranın dialoq yolu ilə həlli yollarını müzakirə ediblər.

Victoria Nuland bundan əvvəl müxalifət liderləri ilə görüşüb.Müxalifət ölkə konstitusiyasına düzəliş edilməsi, prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edir.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub və bu sonda bu günlkərdə hökumətin istefası ilə nəticələndi.
XS
SM
MD
LG