Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:57

Yenicə həbsdən çıxmış AXCP fəalı 200 manat cərimələndi


arxiv foto
arxiv foto
-
Nərimanov Rayon Məhkəməsi Rəsul Mürsəlovun 200 manat cərimələnməsi ilə bağlı qərar çıxarıb.

****
AXCP fəalı, yenicə həbsdən çıxan Rəsul Mürsəlovu fevralın 6-da polis saxlayıb. Hazırda onun Nərimanov rayon polis idarəsinin 18-ci bölməsində olduğu bildirilir. Bu barədə AzadlıqRadiosuna bölmənin qarşısında olan partiyanın gənclər təşkilatının üzvü Fuad Əhmədli məlumat verib.

“O, keçiddən keçmədiyinə görə saxlanılıb. Polis Rəsul Mürsəlovdan qabaq keçiddən keçməyənlərə bir söz deməyib, onu saxlayıb. Rəsul da buna etiraz edib və bundan sonra polisin göstərişinə əməl etmədiyi üçün bölməyə aparıblar. İndi biz bölmənin qarşısındayıq”.

Polis bölməsindən məlumatı təqsiq etməyiblər.

Fuad Əhmədli deyir ki, polisdən onlara da Rəsul Mürsəlovun bölməyə gətirilmədiyini deyiblər, amma onlar bölməyə gələndə onun orda olduğunu görüblər və elə saxlanmasının səbəblərini də onlara özü danışıb.

Bundan öncə Rəsul Mürsəlov 2012-ci ilin iyulunda Balakən rayonunun Gürcüstanla sərhəd Çölçü kəndində saxlanılaraq 1 il 6 ay azadlıqdan məhrum edilmişdi. Barəsində “sərhədi qanunsuz keçmə” maddəsi ilə cinayət işi açılmışdı. Rəsul Mürsəlov yanvarın 25-də həbsdən çıxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG