Keçid linkləri

2017, 24 Fevral, Cümə, Bakı vaxtı 00:58

Müdafiə naziri Zakir Həsənov Türkiyə ordusunun nümayəndə heyətini qəbul edib


Zakir Həsənov

Zakir Həsənov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasının rəisi Rəcəb Sami Özatak və “Roketsan” şirkətinin baş direktoru Səlçuk Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi Həsən Nevzat Taşdeler də görüşdə iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG