Keçid linkləri

2017, 24 Fevral, Cümə, Bakı vaxtı 19:24

Prezident qrantlar və QHT-lərin fəaliyyəti ilə bağlı qanunlara dəyişiklikləri təsdiq etdi


İlham Əliyev

İlham Əliyev

-
Azərbaycan prezidenti İlham Əliyev fevralın 3-də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qrantlar haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiq edib.

Dəyişikliklər dəqiqləşdirici xarakter daşıyır və qrantların müvafiq icra hakimiyyəti orqanında mütləq qeydiyyatını, qrant müqaviləsinin etibarlı olduğu müddətin, məqsədlərin, məbləğin göstərilməsini tələb edir. Dəyişikliklər həmçinin resipientin hüquqi statusunda və fəaliyyətində dəyişikliklər haqqında icra hakimiyyəti orqanına vaxtlı-vaxtında məlumat verilməsini tələb edir.

İnzibati Xətalar Məcəlləsində, xüsusən, QHT-lərin fəaliyyətində pozuntulara, qeydiyyatdan keçməmiş QHT-lərin fəaliyyətinə görə cərimə məbləğləri artırılıb, qanunvericilik pozulduğu təqdirdə QHT-lərin qeydiyyatının dayandırılması haqqında sərtləşdirici normalar tətbiq edilib.

Parlament qanunverici dəyişiklikləri dekabrın 17-də qəbul edib.

QHT-lər prezidentə fəaliyyətlərini çətinləşdirə biləcək bu dəyişiklikləri imzalamamaq çağırışı ilə müxtəlif aksiyalar keçiriblər.

Ümumilikdə parlament qanunlara 8 əlavə və 50 dəyişiklik tətbiq edib.

Nazirlər Kabinetinə üç ay ərzində normativ aktları qanunverici dəyişikliklərə uyğunlaşdırmaq tapşırılıb, icra orqanlarına qanunların həyata keçirilməsi üzrə normativ aktların hazırlanması üçün 5 ay müddət verilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG