Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Ukrayna parlamentindəki fraksiyalar konstitusiya ilə bağlı bir araya gələ bilməyib


Foto arxiv
Foto arxiv
Ukrayna Ali Radasının şurasında parlament fraksiyaları konstitusiyaya düzəliş edilməsi ilə bağlı bir araya gələ bilməyiblər. Bu barədə AzadlıqRadiosunun müxbiri xəbər verir.

Müxalifət sabahkı iclasda 2004-cü ilin Konstitusiyasına qayıtmağı tələb edir.Söhbət prezidentin səlahiyyətlərinin parlament və hökumətlə bölüşdürülməsindən gedir.Müxalifət bunu ölkədə yaranmış siyasi böhrandan yeganə çıxış yolu hesab edir.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imxalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb oldu və sonda hökumət bu günlərdə istefa verməli oldu.
XS
SM
MD
LG