Keçid linkləri

2017, 22 Fevral, çərşənbə, Bakı vaxtı 21:42

Viktor Yanukovych məzuniyyətdən geri qayıdıb


-
Ukrayna Prezidenti Viktor Yanukovych qısa xəstəliklə bağlı götürdüyü məzuniyyətdən bu gün geri qayıdır.

O, yanvarın 30-da xəstəliyi ilə bağlı qısamüddətli məzuniyyət götürmüşdü.
Müxalifət isə hesab edir ki, Yanukovych fövqəladə vəziyyət elan etmək üçün vaxt qazanır.

AB-nin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton iki gün qabaq bildirib ki, onlar ABŞ-la birgə Ukraynaya böyük maddi yardım planı üzərində işləyirlər.

Ashton “The Wall Street Journal”a deyib ki, yardım Ukrayna hökuməti gələn il keçiriləcək prezident seçkisindən əvvəl siyasi-iqtisadi islahatlar aparanda keçid dövrü üçün nəzərdə tutulur.

Ashton yardımın “kiçik məbləğdə” olmayacağını vurğulayıb. Onun sözlərinə görə, amma söhbət təkcə vəsaitin həcmindən yox, həm də “qarantiyadan” gedir.

Catherine Ashton ötən həftə hökumətlə müxalifət arasında dialoqa nail olmaq üçün Ukraynaya getmişdi.

Ukraynanı ötən həftənin noyabrından etiraz dalğası bürüyüb. Ölkə əhalisinin əksəriyyəti Ukraynanın avrointeqrasiyasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG