Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:01

Rusiya Olimpiada medallarına meteorit parçaları əlavə edib


Çelyabinsk yaxınlığına düşmüş meteorit.
Çelyabinsk yaxınlığına düşmüş meteorit.
Rusiya fevralın 15-də açılacaq Soçi Qış Olimpiadasının qalibləri üçün hazırlanmış medallar Çelyabinskə düşmüş meteoritin kiçicik parçalarını əlavə edib.

1.5 metr uzunluğunda meteorit parçası Çebarkul gölünə düşmüşdü.

Daha 40 “meteoritli medal” şəxsi kolleksiyaçılar üçün satışa çıxarılacaq.

Meteoritin düşməsdi nəticəsində Çelyabinsk ərazisində minədək adam xəsarət almışdı.
Meteorit parçaları medalların ortasına Çelyabinskdəki Zlatoust zavodunda əlavə edilib.

Rusiya mənbələri bildiriblər ki, medallar 1815-ci ilə aid texnologiya ilə hazırlanır.

Ümumilikdə, olimpiya qalibləri üçün 1400 medal hazırlanıb.
XS
SM
MD
LG