Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 02:50

Dərgahlı erməniləri təkzib edir: Azərbaycan 8 yox, 2 hərbçi itirib


Arxiv fotosu
Yanvarın 19-dan fevralın 1-dək cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi həlak olub.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

Cəbhə xəttində Azərbaycan Ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlərin həqiqəti əks etdirmədiyini deyən V. Dərgahlının sözlərinə görə, Azərbaycanda Ermənistandan fərqli olaraq orduda baş verən itkilər mətbuatdan, ictimaiyyətdən gizlədilmir:

“Biz onu deyə bilərik ki, ermənilərin itkisi onlarladır”.

Nazirlik sözçüsü Azərbaycan Ordusunun cəbhə xəttinə ağır hərbi texnika toplaması barədə erməni mətbuatının xəbərlərini də təkzib edib.
XS
SM
MD
LG