Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:07

Deputat Adil Əliyev müxalifətdə sağlam düşüncə görmür


Azerbaijan. Baku. Opposition president candidate Jamil Hasanli's protest action in Baku
Azerbaijan. Baku. Opposition president candidate Jamil Hasanli's protest action in Baku
Azərbaycan mediası fevral 2-də nədən yazır? Oxucularımıza maraqlı bildiyimiz xəbər və yazıları media icmalında təqdim edirik


“QARLA BACARMIRLAR, MÜHARİBƏNİ NECƏ EDƏCƏKLƏR?!”

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Azadlıq” qəzetinə müsahibəsində deyir ki, 2013-ci ildə neftçilərin hüquqlarıyla bağlı kütləvi hal almış qanun pozuntuları ARDNŞ-də on mindən çox işçinin qanunsuz ixtisarlar yolu ilə və ya məcburi surətdə ərizə yazdırmaqla əmək müqaviləsinə xitam verilməsidir.

“Xarici şirkətlərdə əmək xəsarəti ilə əlaqədar aylıq ödənc alan işçilərə kütləvi artımlar tətbiq olunmayıb. ARDNŞ və xarici şirkətlərdə sistemli və işçilərin iradəsinin əleyhinə olaraq müddətli əmək müqavilələri bağlanıb, bir aylıq, altı aylıq, çoxu bir il müddəti olub. 2013-cü ilin sonunda ARDNŞ-də struktur dəyişikliyi ilə əlaqədar işçilər qanunsuz olaraq azad olunub.

Eyni zamanda neft sektorunda diskriminasiya hallarına, qohumbazlığa yol verilməsi əksini tapıb. İqtidar partiyasının yerlərdə hegemonluq etməsinin fonunda, digər siyasi partiyaların təmsilçilərinin işdən azad edilməsi vurğulanıb. Sənəddə gender haqqında qanunun pozulması faktları, ekoloji fəsadlarla bağlı məqamlar yer alıb. Bundan başqa hələ də ARDNŞ-də çalışanların əmək haqlarından Silahlı Qüvvələrin Yardım Fonduna 2 faiz tutulur. Artıq 5 ildir ki, işçilərə izah olunmur ki, bu pul hara gedir.

“CƏNAB PREZİDENTƏ DƏ BUNUNLA BAĞLI MÜRACİƏT ETMİŞİK”

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Qafqazinfo”ya müsahibəsində deyir: “Bəzi Azərbaycan kanallarını Türkiyədəki, Rusiyadakı, qabaqcıl Avropa ölkələrindəki vəziyyətlə müqayisə edirlər. Müqayisə olunan tərəflərə baxaq: Əgər bu gün Azərbaycan həm Türkiyə, həm Rusiya, həm də digər Avropa ölkələrindən həm ərazisinə, həm əhalisinə görə qat-qat kiçikdirsə və auditoriyası, reklam bazarı görünməmiş dərəcədə fərqlidirsə hansı ciddi müqayisəni apara bilərik?

Məsələn, bu gün Azərbaycanda telekanalların reklam dəqiqələri 1000-2000 arasında dəyişirsə, amma Türkiyədə, Rusiyada 40-50 min arasındadırsa biz eyni keyfiyyəti hər ikisində axtara bilmərik. Əgər bizim televiziya kanalları həmin seriallar üçün 100 min yox, 2-3 milyon ayırsa necə ki pulun qiyməti 10 dəfə artır, keyfiyyət də elə artacaq. Belə münasibətləri çox normal qarşılayıram. Hətta televiziya tənqidinin çox olmasını istəyirəm.

Çox təəssüf ki, bu sahədə də böyük problemlər var. Bu sahəyə meyl edənlər azdır, yaxud televiziya kanallarını tənqid etməkdən qorxanlar var. Bunu deməkdə məqsədim o deyil ki, hər kəs televiziya kanallarını tənqid etsin. Sadəcə bu sahə peşəkarlıq tələb edən sahədir. Normal televiziya kanalı da haqlı tənqdiddən nəticə çıxarmalıdır. Tənqidçilər fikirlərini ortaya qoymalı, tənqid etdikləri sahənin necə düzəltmək üçün təkliflərini də ortaya qoymalıdırlar. Yoxsa istənilən zövq müxtəlifliyi hər cür tənqidə əsas verə bilər.

“İQTİDARA NƏSƏ DİQTƏ ETMƏK İSTƏYİRLƏRSƏ...”


Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev “Gündəlik Teleqraf” qəzetində brifinq keçirib, qəzet əməkdaşlarının suallarını cavablandırıb.

Sual: Müxalif cəbhəni izləyirsiniz? Prezident seçkiləri ərəfəsində Azərbaycanda Milli Şura adlı qurum yaradıb vahid namizəd seçdilər. Lakin seçkidə məğlub olandan sonra ənənəvi qalmaqallar baş verdi. Siz Milli Şura prosesini necə dəyərləndirirsiniz?

Adil Əliyev: Bunların ağılları keçən əsrin əvvəllərindəki Milli Şuraya gedib. Biz hansı zəmanədə yaşayırıq? Bunlar öz aralarında danışığa gələ bilmirsə, hansı vətəndaşın taleyi ilə məşğul ola bilərlər? Yanaşma düzgün deyil. Axı o insanlar nə istəyirlər, iqtidardan tələbləri nədir? Əgər iqtidara nəsə diqtə etmək istəyirsənsə, ən azından bugünkü günə qədər ortalığa müəyyən layihələr qoymalı idin. Bunların heç platforması üzə çıxmadı. İki müxalif partiya yola getmir, gündə bir-birini qırır. Sistemləri, yanaşmaları tamam dəyişməlidir. Milli Şurada, ümumilikdə müxalifətdə sağlam fikir, ideya və düşüncə tərzi ilə çıxış edən insan görmədim.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG