Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 16:23

Tailandda seçki günü 4 nəfər öldürülüb


Tailandın cənubunda şübhəli müsəlman yaraqlılar bomba hücumunda üç əsgəri və dairə seçki rəsmisini öldürüb. Bazar günü ölkədə ümumi seçki keçirilir.

Polisin məlumatına görə, zorakılıq seçkiyə bağlı deyil.

Seçki Tailandı ikiyə bölüb – hökumət əleyhdarları və əsas müxalifət partiyası olan Demokrat Partiyası seçkiyə qarşı çıxır.

Polis deyir ki, Pattani vilayətində üç əsgərlə yanaşı seçki rəsmisi Jatra Promkaew də həlak olub. Silahlılar üç bomba partladıblar.

Bazar günkü seçki ciddi təhlükəsizlik tədbirləri şəraitində keçirilir. Seçki ölkəni daha dərin siyasi böhrana sürükləyə bilər. Noyabrın sonlarından siyasi proseslərdən dolayı zorakılıqlarda on nəfər ölüb, azı 577 nəfər yaralanıb.
XS
SM
MD
LG