Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:28

Baş nazirin müavini: «Azərbaycan müharibəyə hazırdır»


-
«Gənclərimiz işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olmalıdırlar».

apa-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, baş nazirin müavini Əli Əhmədov azərbaycanlıların Suriyadakı döyüşlərə cəlb olunmasına münasibət bildirərkən deyib.

Atəşkəsin tez-tez pozulmasına toxunan Əli Əhmədov Azərbaycanın bu təxribatlara cavab verməyə hazır olduğunu bildirib.

«Güman edirəm ki, Ermənistan tərəfi Azərbaycanın cəbhə xəttində mövqelərinin möhkəmləndiyini dərk etməsi və öz ölkələrində daxili narazılıqların artması ilə əlaqədar olaraq cəmiyyətin daxili narazılıqlardan diqqətini yayındırmaq üçün cəbhə xəttində provokasiyalar törətməyə çalışırlar. Azərbaycan bu provokasiyalara layiqincə cavab verib... Bu, Azərbaycanın torpaqlarını azad etməyə hazır olduğunun bir nümayişi oldu» - deyə Ə. Əhmədov vurğulayıb.
XS
SM
MD
LG