Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:57

Ukrayna prezidenti amnistiya haqqında qanunu təsdiqləyib


Viktor Yanukovych
Viktor Yanukovych
Ukrayna prezidenti Viktor Yanukovych nümayişçilərə amnistiya verilməsi barədə qanunu tıəsdiqləyib.Amma bu qanun ağır cinayət törədənlərə aşmil edilmir.Bundan başqa nümayişçilər zəbt etdikləri bütün hökumət binalarını boşalmalıdır.

Müxalifət lideti Arseniy Yatsenyuk isə Kiyevdə çıxış edərkən bildirib ki, Ukrayna müxalifəti ölkədə insanların öldürülməsi, yoxa çıxması və jurnalistlərə təzyiq edilməsi ilə bağlı Avropa Şurasının rəhbərliyi ilə beynəlxalq istintaq aparılmasını tələb edir.

Yanvarın 22-də oğurlanan müxalifət fəalı Dimitri Bulatov yanvarın 30-da tapılıb.O qulağının kəsildiyini, üzünün kəsik-kəsik edildiyini , bədənində bir dənə də olsun salamat yer olmadığını deyir

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kəskin etirazlara səbəb olub.Və sonda hökumət bu günlərdə istefaya getdi və nümayişlərlə bağlı qəbul edilmiş kəskin qanunlar ləğv edildi.

Ukraynanın müdafiə nazirliyi isə bu arada prezident Viktor Yanukovyci ali baş komandan kimi ölkədəki böhranı yoluna qoymaq üçün təcili addımlar atmağa çağırıb.
XS
SM
MD
LG