Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:06

M.Ə.Rəsulzadəni Naxçıvanda da andılar


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə
-
Naxçıvandakı müxalifət partiyalarının təşkilatçılığı ilə M.Ə.Rəsulzadənin 130 illik yubileyi qeyd olunub.

Müsavat Partiyası yerli təşkilatının sədri Sabir Vəliyevin dediyinə görə, tədbirdə müxalifət nümayəndələri ilə yanaşı, ziyalılar və gənclər də iştirak ediblər:

«Yerli təşkilatlarla birgə təşkil eləmişdik tədbiri. Yüksək səviyyədə keçdi. Bitərəflər, gənclər, ziyalılar da qoşulmuşdu. Bu, naxçıvanlıların Rəsulzadəyə olan məhəbbətin nəticəsidir. İllərdir onun fəaliyyətini kölgədə saxlamağa çalışıblar. Bu cür tədbirlərin keçirilməsi milli kimliyimizi özümüzə qaytarmaq baxımından çox önəmlidir».

Tədbirdə çıxış edən tarixçi Əsgər Qəliloğlu M.Ə.Rəsulzadənin həyatı və fəaliyyəti haqda geniş məlumat verib.
XS
SM
MD
LG