Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:01

David Cameron və Francois Hollande Avropanın gələcəyi barədə mübahisə edəcəklər


Foto (Arxiv)
Foto (Arxiv)
Britaniyanın baş naziri David Cameron və Fransa prezidenti Francois Hollande arasında bu gün Londonda keçiriləcək ingilis-fransız sammitində Avropa İttifaqının necə islah olunması barədə müzakirələr aparılacaq.

Lakin bu qızğın mübahisələrdən əvvəl London və Paris arasında nüvə energetikası və müdafiə sahələrində əməkdaşlıq barədə sazişlər imzalanacaq.

Reuters agentliyi xəbər verir ki, tərəflər həmçinin kosmik fəza və peyk texnologiyaları, hücum dronlarından istifadə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Agentlik xəbər verir ki, iki lider arasında ən mürəkkəb müzakirə David Cameron-un dogma yurdu Oksford əyalətindəki sakit kənd barlardan birində olacaq.

Burada Cameron və Hollande Avropa İttifaqının gələcəyi barədə üzbəüz söhbət edəcəklər.

Britaniya baş naziri 2015-ci il seçkilərində Avropaya skeptik baxan elektoratın rəğbətini qazanmaq üçün ittifaqın bəzi müqavilələrinə düzəliş verilməsini istəyir.

Lakin Francois Hollande-a yaxın mənbələr bildiriblər ki, o, artıq imzalanmış müqavilələrin Londonun şıltağı ilə dəyişdirilməsinin əleyhinədir.
XS
SM
MD
LG