Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 03:31
“Qəbələ" klubu Rusiya futbol millisinin keçmiş üzvü Marat İzmaylovu icarəyə götürmək üçün hazırda Portuqaliyanın "Porto" klubu və futbolçunun özü ilə danışıqlar aparır.Bu barədə "Qəbələ" klubunun rəsmi saytı məlumat yayıb.

Moskvanın "Lokomotiv" klubunun yetirməsi olan İzmaylov 2001-2012-ci illərdə Rusiya
millisinin heyində 35 oyun keçirib və iki qol vurub.

2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən futbolçu öncə "Sportinq" daha sonra "Porto" klubunda çıxış edib. O, bu mövsüm "Porto"da meydana cəmi bir dəfə çıxıb ("Austriya" ilə Çempionlar Liqası maçtının 67-ci dəqiqəsində).

Günün bütün mövzuları

XS
SM
MD
LG