Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:19

Ukrayna müxalifəti amnistiya haqqında qanun layihəsini rədd edir


Foto arxiv
Foto arxiv
Ukrayna müxalifəti nümayişçilərə amnistiya verilməsi ilə bağlı parlamentdə qəbul edilmiş qanun layihəsini rədd edir.Qanun layihəsinə görə amnistiya nümayişçilər zəbt etdikləri hökumət binalarını tərk etdikdən sonra qüvvəyə minir və bu ağır cinayət törədən şəxslərə aid deyil.

Müxalifət liderlərindən biri Vitali Klitschko bəyan edib ki, bu cəmiyyətdə gərginliyi azaltmaq əvəzində , onu daha da artıracaq. Həmçinin nümayişçilər qanun layihəsini pisləyiblər.

Hazırda meriyanın binası da daxil olmaqla bir sıra hökumət binaları nümayişçilərin əlindədir.Onlar həmçinin şəhərin meydanında barrikadalar qurublar.

Qeyd edək ki, Ukrayna hökuməti çərşənbə axşamı istefaya göndərilib.Bundan başqa bu günlərdə nümayişlərlə bağlı qəbul edilmiş kəskin qanunlar ləğv edilib.Bunu müxalifət tələb edirdi.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kəskin etirazlara səbəb olub.

Rusiya isə son hadisələrdən sonra Ukraynaya vəd etdiyi 15 milyard dollarlıq yardım paketini dayandırıb.

İsveçin xarici işlər naziri Karl Dildt Tvitterdə yazır ki, görünür Kreml yenidən Ukraynaya qarşı iqtisadi tədbirlərə əl atır. ABŞ isə bəyan edib ki, əgər ölkədə vəziyyət yenidən gərginləşsə, Ukrayna məmurlarına qarşı sanksiyalar tətbiq edilə bilər.
XS
SM
MD
LG