Keçid linkləri

2017, 22 Fevral, çərşənbə, Bakı vaxtı 23:52

Nazirlik saxta endirim kampaniyalarına inanmamağa çağırır


-
İqtisadiyyat və Sənaye nazirliyi vətəndaşları saxta endirim kampaniyalarına inanmamağa çağırır.

Belə bir müraciətə səbəb nazirliyin Antiinhisar Mərkəzinin Nəsimi rayonu, Vaqif prospektində fiziki şəxsə məxsus mağazada aşkar olunan reklam pozuntusuna rast gəlməsidir. Qeyd olunur ki, mağazanın pəncərələrində “80%-qədər endirim” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi üzə çıxıb. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Xidmət pozuntuya yol verən mağaza sahibi barəsində müvafiq tədbirlər görüləcəyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG