Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:56

Bu məsələnin allahla bağlılığı yoxdur


Braziliya - İsa Məsih heykəli qırmızı işıqlandırılıb.
Braziliya - İsa Məsih heykəli qırmızı işıqlandırılıb.
-

Adambaşına düşən gəlirlə dini inanclar arasında mürəkkəb əlaqə var...


Joshua Keating


VARLI ÖLKƏLƏR DAHA AZ DİNDARDIR?


Bir qayda olaraq cəmiyyət yüksək sənaye və iqtisadi inkişaf səviyyəsinə çatanda dindən uzaqlaşır. Avropa və ABŞ nümunəsi bu fikri təsdiqləyir.

Bəs bunun səbəbi nədir: insanların düşüncə tərzinin dəyişməsi, yoxsa davranışlarındakı dəyişiklik?

İnsbruks Universitetinin sosioloqu Yohan Hirşl sonuncu araşdırmasını məhz bu mövzuda aparıb.

O qeyd edir ki, bu mübahisə hələ sosiologiyanın doğuşundan başlayıb, o zamanlar Maks Veber belə bir iddia irəli sürmüşdü ki, kapitalizmin inkişafı rasional düşüncənin mistisizm üzərində qələbəsinə səbəb olacaq. Emil Durkhaym isə dinə böyük ölçüdə sosial törəmə kimi baxmış, bazarın yaranmasıyla dinin rolunun get-gedə zəifləməsinin müşahidə olunduğunu demişdir.

Hirşl 1970-ci ildən 2009-cu ilə qədər 13 Avropa ölkəsindən gələn məlumatları, kilsələrə ziyarətin sayını və insanlar arasında onların şəxsi dini görüşləri ilə bağlı aparılan sorğuların nəticəsini analiz edib. O, aşağıdakı nəticələrə gəlib.

Məbədləri ziyarətlə iqtisadi artımı müqayisə edərkən tərs mütənasib bir asılılıq ortaya çıxır.

Ancaq adambaşına düşən gəlirlə dini inanclar arasında mürəkkəb əlaqə var. Bəzi ölkələrdə adam başına düşən gəlir artdıqda dini inancların azalması müşahidə edilir (bu xüsusi ilə Fransa, Lüksemburb və Britaniyaya aiddir), lakin iqtisadi inkişafla dinin bu bağlılığı nisbidir.

13 ölkədən altısında (Belçika, Danimarka, Yunanıstan, İrlandiya, İtaliya və Niderland) dini inancların dəyişməsi iqtisadi artımla zəif əlaqədardır. İtaliya, Danimarka və Hollandiyada hətta son illər dini inancın güclənməsi də müşahidə olunur. İspaniyada isə 1990-cı illərin ortalarından başlayaraq inanclı insanların sayı azalmaqdadır.

Başqa sözlə insanlar heç də ölkələri varlandıqca daha az dindar olmurlar. Amma onlar kilsədə daha az vaxt keçirməyə başlayırlar. Onu də nəzərə almaq lazımdır ki, tədqiqat daha çox xristian ölkələrində, özü də 1970-ci illərdən başlayaraq, yəni sənayenin və iqtisadiyyatın yüksək inkişaf etdiyi dövrlərdə aparılıb.

Yeri gəlmişkən maraq kəsb edən daha bir fakt da odur ki, Avropanın imicindəki geridəqalmışlıq problemi Tanrıyla bağlı deyil, kilsəylə bağlıdır.

Çevirdi: Namiq Hüseynli
XS
SM
MD
LG