Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Brüsseldə Avropa Birliyi-Rusiya sammiti başa çatıb


Foto arxiv
Avropa Şurasının sədri Herman Van Rompuy sonda keçirilən mətbuat konfransında Ukraynada zorakılıqlara son qoymağa çağırıb.O həmçinin bildirib ki, Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan ölkələrin Avropa Birliyinə yaxınlaşması barədə Moskvayla razılıq əldə olunub.

Avropa Komissiyasının rəhbəri Jose Manuel Barroso isə Ukrayna parlamentinin nümayişlərlə bağlı qəbul edilmiş kəskin qanunları ləğv etməsini alqışlayıb.

Rusiya prezidenti Vladimir Putin isə Ukraynada istənilən hökumətlə əməkdaşlığa hazır olduqlarını bəyan edib.O həmçinin Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu deyib.

Öncə Jose Manuel Barroso ilə Vladimir Putin görüşüb.Sonra isə görüş nahar formasında davam etdirilib.
XS
SM
MD
LG