Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:31

Ukraynanın baş naziri istefa verdi


Ukraine -- Prime Minister Mykola Azarov gestures during the parliamentary session in Kyiv, December 3, 2013
Ukraine -- Prime Minister Mykola Azarov gestures during the parliamentary session in Kyiv, December 3, 2013
Ukraynanın baş naziri Mykola Azarov istefa verib.Baş nazirin sözlərinə görə, o bu addımı münaqişənin dinc yolla həllinə imkan yaradılması, ölkənin birliyinin qorunması naminə atıb.

Baş nazirin istefasını müxalifət tələb edirdi.

Ölkə parlamentində hökumətə etimadsızlıq məsələsinə baxılmalı idi.Sesiyanın açılışında son toqquşmalarda ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. İclasda 3 keçmiş prezident də iştirak edirdi. Hazırda fasilə elan edilib.

Müxalifətlə hakimiyyət yanvarın 16-da nümayişlərlə bağlı qəbul edilmiş kəskin qanunların ləğvi və hökumət binalarını zəbt edən nümayişçilərə amnistiya verilməsi barədə razılıq əldə ediblər.

Ötən ilin noyabrında Ulraynanın Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.
XS
SM
MD
LG