Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:59

Misirdə Sisi-nin prezidentlik iddiası xəbərləri yayıldı


General Abdel Fattah al-Sisi
General Abdel Fattah al-Sisi
Misirdə islamçı prezident Mohammed Mursini devirdikdən sonra keçid hökumətinin rəhbəri təyin edilmiş general Abdel Fattah al-Sisi dövlət başçısı olmaq üçün namizədliyini irəli sürə bilər.

Mətbuat yazır ki, bazar ertəsi Misirin Ali Hərbi Şurası bu məqsədlə Sisi-yə yaşıl işıq yandırıb və onu marşal rütbəsinə yüksəldib.

Reuters bildirir ki, hazırkı şəraitdə Abdel Fattah al-Sisi prezident seçkilərində asanlıqla qalib gələ bilər.

Bununla belə, mətbuat bildirir ki, Sisi indiyədək demokrat kimi tanınmayıb.

Yaxınları onu az danışıb, çox hərəkət edən birisi kimi təqdim edirlər.

Qərb diplomatları isə bildirilər ki, belə bir addım atarsa, Sisi ciddi səhvə yol vermiş olacaq, beləki o gələcək etirazların birbaşa hədəfinə çevriləcək.

Maraqlıdır ki, Müsəlman Qardaşlığı təşkilatının lideri Mursi onu devirmiş Abdel Fattah al-Sisi-ni özü ali baş qərargah rəisi və müdafiə naziri təyin etmişdi.
XS
SM
MD
LG