Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:18

Kiyevdə etirazçılar Ədliyyə nazirliyi binasını tərk edib


Ukraynda etirazçılar 16 saat əvvəl tutduqları Ədliyyə Nazirliyinin binasını tərk edib, ancaq binanın ətrafını mühasirəyə alıblar.

Binanı tutan hərəkatın rəhbəri Oleksandr Danylyuk nazirliyin blokadasını davam etdirəcəklərini bildirib və ukraynalıları Kiyevə gəlib digər hökumət binalarını da mühasirəyə almağa çağırıb.

Bu arada Ukrayna müxalifətinin liderləri yanvarın 27 hökumətlə danışıqları davam etdirəcəklərini bəyan ediblər. Ancaq xəbərdarlıq ediblər ki, etirazçıların səbir kasası hər an daşa bilər.

Ukraynada etirazlar noyabrın son həftəsində, Ukrayna prezidenti Viktor Yanukovichin Avropa Birliyi ilə Asosiasiya sazişini imzalamaqdan imtina etməsindən sonra başlamışdı. Ötən həftə keçirilən aksiyalarda 3 nəfərin həlak olmasından sonra müxalifət və etirazçılar ölkənin bir çox regionlarında dövlət binalarını tutmağa başlayıblar.
XS
SM
MD
LG