Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:57

Lüksemburqlu deputat AŞPA prezidenti seçildi


Yanvarın 27-də AŞPA-ya yeni prezident seçkiləri keçirilib.

Lüksemburq Deputatlar Palatasının deputatı xanım Anne Brasseur 165 səslə seçkidə qalib gəlib.
O, bu posta öz namizədliyini irəli sürənədək AŞ PA-da "Avropa naminə Demokratlar və Liberallar Alyansı" siyasi qrupunun sədri olub.

2013-cü ilin yanvar ayında keçirilən Qış sessiyasında Anne Brasseur siyasi məhbuslar üzrə həmməruzəçi Kristoff Ştrasserin hazırladığı hesabatı dəstəkləyib, ona Azərbaycana giriş vizasının verilməməsi və Strasseri dəstəkləyənlərin anti-Azərbaycan lobbisi adlandırılmasını tənqid etmişdi.
Bugünkü president seçkilərində Anne Brasseura rəqib olan Britaniyalı deputat Robert Walter isə əksinə, Azərbaycanda siyasi məhbuslarla bağlı məsələdə rəsmi Bakının mövqeyini dəstəkləyirdi.
AŞPA-ya prezident seçkiləri ildə bir dəfə təkrarlanır.

Yanvarın 27-də AŞPA-ya 19 Vitse-prezident də seçilib, onların arasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da var.
XS
SM
MD
LG