Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:09

Erdoğan “saxta peyğəmbərlər”i rədd etdiyini bildirdi


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan
“Hürriyyet” qəzeti yazır ki, Türkiyənin baş naziri Recep Tayyip Erdoğan islamçı ruhani lider Fethullah Gulen-in adını çəkmədən ona “saxta peyğəmbər” kimi işarə vurub.

Qəzet yazır ki, bu, Gulen hərəkatı ilə Türkiyə hökuməti arasında qarşıdurmanın yeni mərhələsindən xəbər verir.

“Hərc-mərclik zəmanəsi gəlib keçəcək və xəyanətlər yox olacaq. Bu bəşəriyyət saxta peyğəmbər və üləmaları bədən virusu rədd edən kimi çox rədd edib” – Erdoğan bu sözləri İstanbuldakı Halic Konfrans Mərkəzində keçirilən “Son Yüz İlin İslam Mədəniyyəti” adlı tədbirdə söyləyib.

Tədbirin təşkilatçısı Dini İşlər Müdirliyi idi.

Xəbər verilir ki, bütün çıxışı boyunca baş nazir Gulen hərəkatının davamçılarını “parallel dövlət” yaratmaq cəhdində ittiham edib.
XS
SM
MD
LG