Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:43

AXCP üzvü Rəsul Mürsəlov azad edilib


-
AXCP Gənclər Komitəsinin üzvü Rəsul Mürsəlov yanvarın 25-də həbsdən çıxıb.

Bu barədə Gənclər Komitəsinin facebook səhifəsində məlumat verilib.

Rəsul Mürsəlov Türkiyədən olan dostu Alirza Kutlu ilə 2012-ci il iyulun 18-də Balakən rayonunun Gürcüstanla sərhəd Çölçü kəndində saxlanmış və barələrində «sərhədi qanunsuz keçmə» maddəsi ilə cinayət işi açılmışdı.

Rayon məhkəməsinin qərarı ilə onların hər ikisi 1 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Rəsul Mürsəlov heç bir qanunsuz əməli etmədiyini və həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.
XS
SM
MD
LG