Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:02

Kiyevdə milis əməkdaşı qətlə yetirilib


Ukrayna
Ukrayna
-
Kiyevin mərkəzində bütün gecəni kütləvi qarışıqlıq davam edib.

Interfax-ın məlumatına görə, etirazçılar milisə daş və içərisində yandırıcı maye olan butulkalar atmaqda davam ediblər.

Milisin etirazçılara qarşı rezin güllələrdən istifadə etdiyi bildirilir.

Nümayişçilər arasında yaralananlar var.

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bir milis bıçaqlanıb, ikisi etirazçılar tərəfindən tutulub. Gecə «Berkut» xüsusi bölmə milislərindən biri başından güllələnərək qətlə yetirilib.

Müxalifət nazirliyin məlumatları təkzib edir.

«Ukrainskaya pravda»nın yazdığına görə, yanvarın 24-də məhkəmə 17 etirazçı haqqında iki aylıq həbs qərarı çıxarıb.

Avropa Birliyinin nümayəndəsi Stefan Füle ilə görüşən «Batkivşina» fraksiyasının lideri Arseny Yatsenyuk bəyan edib ki, Ukraynada yaşanan ictimai böhranı Qərb tərəfdarlarının vasitəçiliyi olmadan aradan qaldırmaq çətin olacaq.
XS
SM
MD
LG