Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:17

Suriya müxalifəti hakimiyyətlə təkbətək danışıqlardan imtina edir


Suriyada müharibə edən tərəflər Cenevrədə cümə günü üzbəüz danışıqlar aparmayacaq. BMT-nin sözçüsü bildirib ki, Ərəb Liqasının elçisi Lakhdar Brahimi Suriya müxalifəti və hakimiyyəti nümayəndələri ilə ayrılıqda görüşəcək.

Suriya üzrə sülh konfransı çərşənbə günü İsveçrənin Montreux şəhərtində açılıb və
hazırda Cenevrədə davam edir.

Montreux şəhərində keçirilən konfransaçda Suriyanın hakimiyyət və müxalifət nümayəndələri açıq davaya çıxdılar. Hakimiyyət nümayəndələri tələb edirdi ki, konfrans Suriya hökumətinin üzləşdiyi terrorizmlə mübarizə aparıldığını qeyd etsin. Müxalifət isə Bashar Assadsiz keçid hökumətinin yardılmasını tələb edir.

Cenevrədə müxalifət cümə günü bildirib ki, Suriya hakimiyyəti keçid hökumətinə razılıq verməyincə, hakimiyyət nümayəndələri ilə danışıqlara getməyəcəklər.
XS
SM
MD
LG