Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:35

Tofiq Yaqubluya yaxınları ilə telefonla danışmaq imkanı verilib


Tofiq Yaqublu
Tofiq Yaqublu
-
Yanvarın 22-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrində ittiham olunanların məhkəməsi şahid ifadələri ilə davam edib.

Məhkəmə başlamamış vəkillər müttəhimlərdən biri - Müsavat başqanının müavini Tofiq Yaqubluya bildiriblər ki, dünən onun həyat yoldaşı, qızı, vəkil Xalid Bağırov və Müsavat Partiyasının fəalı Çingiz Əli yol qəzasına düşüblər. Tofiq Yaqubluya yaxınları ilə telefon əlaqəsi saxlamaq imkanı verilib.

Məhkəmə iclası zamanı 19 şahid və 2 zərərçəkən dindirilib.

Dindirilənlərin heç biri müttəhimlərin əleyhinə ifadə verməyib.

İki nəfər zərərçəkən – «Çıraq» otelində qalan şəxslər olub. Onlar Bakı sakinləri olub. Onlar otel yanarkən gecələyə bilmədikləri üçün zərərçəkən kimi tanınıblar. Onlara dəyən zərər 40 manat dəyərləndirilib. Onlar müttəhimlərə qarşı heç bir iradları olmadığını bildiriblər.

Şahidlər həmçinin bildiriblər ki, iğtişaş iştirakçılar arasında heç kimi tanımayıblar.
Şahidlərdən bəziləri inzibati həbsə məruz qalanlar olub. Onları küçədə tutulduqlarını deyiblər.

Məhkəmə yanvarın 27-də davam edəcək.

2013-CÜ İLİN YANVARINDA İSMAYILLIDA BAŞ VERƏNLƏR

2013-cü il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG