Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 05:15

Zarağanda kürkünə bürünüb yatanlar…


Arxiv-foto
-
“Zarağana qaz verilmir. 20-dən çox ailə meşədən qırıb gətirdiyimiz ağacları yandırıb isinirdik. İkinci ildir ki, bunu da edə bilmirik. Qış fəsli gələndən uşaqlarımız xəstəlikdən ayılmır, məktəbə gedə bilmirlər. Evdə kürklə, uzunboğaz ayaqqabı ilə otururuq. Yatanda da kürkümüzə bürünürük”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Qəbələnin Zarağan kəndində yaşayan Adil Həsənov deyir. Onun sözlərinə görə, 15 ildən çoxdur Zarağana qaz verilmir:

“Yerli qaz idarəsinə də, icra hakimiyyətinə də yığışıb getmişik. Deyirlər, bu ay olacaq, gələn ay olacaq. Aradan isə 16-cı il ötüb keçir. Burda soyuqdan ayaqları iflic olan yaşlı insanlar var”.

Qəbələ rayon Qaz İdarəsindən “Qaynar xətt”ə bildirdilər ki, Zarağanda qazlaşma işləri aparılır. Qaz olmayan ünvanlar kəndin kənarında salınmış yeni yaşayış massivləridir. Kəndlərdəki qazlaşma işləri bitəndən sonra həmin massivlər də qazlaşacaq.

Şərhlər (1)

Bu forum dayandırılıb

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG