Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:09

Xətləri kim çəksin, sayğacı kim quraşdırsın?...


Foto: Arxiv
Foto: Arxiv
-
İmişlinin Məhəmmədli kəndində azı 20 ailə işıqsız qalıb. Bununla bağlı AzadlıqRadiosunun “Qaynar xətt”inə kənd sakini Seymur Əliyev şikayət edib:

“Yeni ayrılmış torpaqda ev tikmişəm, rayon işıq idarəsinə müraciət etmişəm ki, gəlib işıq çəksinlər. Əvvəl imtina etdilər ki, texniki şərt yoxdur. Mən texniki şərti də aldım. Orada qeyd olunub ki, ana xətdən yaşadığım ünvana elektrik xəttinin çəkilməsi üçün 9 ədəd dayaq, 360 metr kabel istifadə edilməlidir. İşıq idarəsindən deyirlər, dirəkləri də, kabelləri də al, işçilərimiz gəlib işığı çəksinlər”.

Seymur Əliyev maddi imkan olmadığından avadanlqıları ala bilmədiyini söyləyir:

“6 aydır ki, şam işığına yaşayırıq. Azı 20-25 dəfə rayon icra hakimiyyətində də olmuşam. Hər dəfə ora gedəndə göndərirlər işıq idarəsinə. Heç kəs problemimizə baş qoşmur”.

İmişli rayon işıq idarəsindən “Qaynar xətt”ə bildiriblər ki, Məhəmmədli kəndində yeni tikilmiş evlərin elektrik enerjisi ilə təmin olunması ilə bağlı idarəyə müraciətlər olunub. Enerji verilişi üçün bəzi evlərin texniki şərtləri olsa da, çoxunda yoxdur. Texniki şərt almış ünvanlara isə idarənin hesabına xətlər çəkiləcək, sayğaclar qoyulacaq.

Hüquqşünas Camal Bağırzadənin sözlərinə görə, işıq, qaz, su idarələri müraciət edən abonentlərin ünvanlarına müvafiq xətləri özü çəkməlidir:

“İşıq idarəsi enerji satışı ilə məşğuldursa avadanlıqları da özləri qurub satışı təşkil etməlidilər. Sayğacı da özləri quraşdırmalıdılar”.
XS
SM
MD
LG