Keçid linkləri

Təcili xəbərlər
2021, 30 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:32

Gəncədə tövlə və 200 toyuq yanıb


arxiv foto
-
Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Yanğından Mühafizə İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə şəhərin Eminbəyli küçəsi ev 4-də qeydə alınıb. Həmin küçədə yaşayan Bəylər Məmmədova məxsus 64 kv.m olan mal tövləsində yanğın baş verib. Dərhal hadisə yerinə 4 yanğınsöndürən avtomobil cəlb edilib.

Lakin, ümumi sahəsi 64 kv.m olan tövlənin 24 kv.m sahəsi yanıb. Yanğın nəticəsində tövlədə saxlanılan 200 toyuq yanaraq tələf olub.
XS
SM
MD
LG