Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:54

İran Suriyaya dair Cenevrə-2 konfransına qatılmayacaq


BMT ABŞ-ın israrlı çağırışlarından sonra İrana göndərdiyi dəvəti geri götürüb.

Amerika rəsmiləri Tehranı Suriyaya dair dasnışqıların əsas məqsədini – keçid hökumətinin yaradılması zərurətini qəbul etməməkdə ittiham ediblər.

Öz növbəsində hətta bu dəvətdən əvvəl də İran danışıqlarda iştirakı üçün heç bir qeyd-şərt qəbul etməyəcəyini bildirmişdi.

İranın iştirakına Suriyanın ana müxalifəti olan Milli Koalisiya etiraz etmiş və hətta Montre danışqılarına qoşulmayacağı ilə hədələmişdi.

İranın danışıqlarda iştirakına Səudiyyə Ərəbistanı da etirazını bildirmişdi.

Bununla belə, BMT və Rusiya İranın bu danışıqlarda iştirakına çalışırdılar.

Bu arada AFP agentliyinə müsahibəsində Bashar al-Assad bildirib ki, hakimiyyəti tərk etmək niyyətində deyil və çox güman üçüncü prezidentlik müddəti üçün seçkilərə qatılacaq.
XS
SM
MD
LG