Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:18

Misir referendumu: “Yeni konstitusiya 98 faiz səs qazandı”


Misirdə yeni konstitusiya referendumu başa çatıb.
Misirdə yeni konstitusiya referendumu başa çatıb.
Misirdə yeni konstitusiyanın qəbuluna dair keçirilən ümumxalq səsverməsində - referendumda iştirak edənlərin 98 faizi ölkənin yeni Ana Qanununa səs verib.

Lakin bu da xəbər verilir ki, səsvermədə 53 milyonluq elektoratın yalnız 38 faizi iştirak edib.

Yeni konstitusiya devrilmiş islamçı prezident Mohammed Morsi hökumətinin qəbul etdiyi konstitusiyanı qüvvədən salır.

Yeri gəlmişkən, 2012-ci ildə keçirilmiş referendumda qəbul edilmiş Morsi konstitusiyasının səsverməsində elektoratın yalnız 33 faizi iştirak etmiş və onun 64 faizi “hə” demişdi. Dünyəvi seçicilər o referendumu boykot etmişdilər.

Müsəlman Qardaşlığı təşkilatı bu son referendumu boykot edib və səvermənin birinci günündə keçirilən etirazlarda bir neçə adam həlak olub.

ABŞ dövlət katibi John Kerry Misir hökumətini yeni konstitusiyada vəd edilən hüquqları qorumağa çağırıb.

Yeni konstitusiya layihəsinin tərtibində iştirak etmiş 50 nəfərlik komitənin yalnız iki üzvü islamçıları təmsil edib.

Konstitusiya prezidentə hər biri dörd illik iki müddət verir. O parlament tərəfindən impiçment edilə bilər.

Qadın və kişilərə bərabər hüquqlar verilir, dini əsaslarla siyasi partiya yaradılması qadağan olunur.
XS
SM
MD
LG