Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:14

Yəməndə İran diplomatı öldürülüb


İranın dövlət televiziyasının məlumatında deyilir ki, Ali Asghar Assadi Yəmənin paytaxtı Sənaada səfirliyin yaxınlığında odlu silahla qətlə yetirilib.

Cənab Assadi-nin İran səfirliyinin iqtisadi attaşesi olduğu bildirilir.

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, diplomat onu oğurlamaq istəyən terrorçu qrupu tərəfindən hücuma məruz qalıb, lakin müqavimət göstərərkən öldürülüb.

AFP xəbər verir ki, terrorçular mikroavtobusda olublar.

Yəməndə xaricilərə qarşı basqınlar son aylarda xüsusilə artıb.
XS
SM
MD
LG