Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:18

Ramil Usubov müşavirə keçirib


-
«Daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı ötən ili yüksək göstəricilərlə başa vurublar».

ANS-in məlumatına bunu yanvarın 18-də Çevik Polis Alayı ilə bağlı əməliyyat müşavirəsində daxili işlər naziri Ramil Usubov deyib.

Nazir xüsusən kütləvi tədbirlər zamanı asayişin mühafizəsində Çevik Polis Alayının mühüm funksiyalar yerinə yetirdiyini, hüquq-mühafizə orqanlarının əlaqəli fəaliyyəti sayəsində cinayətkarlığın azaldığını, ölkədə sabitliyin etibarlı qorunduğunu vurğulayıb.

Alay komandiri Zaur Abdullayev gördükləri işləri sadalayıb. O, 2013-cü ildə müxtəlif cinayət törətmiş 528 nəfərin tutulduğunu bildirib. Zaur Abdullayev cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayının əvvəlki illə müqayisədə 11.7 faiz çox olduğunu deyib.
XS
SM
MD
LG