Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:14

32 mağazada vaxtı ötmüş ərzaq satılırmış


-
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və ayrı-ayrı rayonlardakı 32 mağazada saxlama müddəti ötmüş malların satıldığını aşkar edib.

Xidmətin yaydığı məlumata görə, monitorinqlər zamanı 850 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları məhv edilib.

Xidmət istehlakçılardan xahiş edir ki, istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla məlumat versinlər.
XS
SM
MD
LG