Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:33

İsrail Britaniya, İtaliya, Fransa, İspaniya səfirlərinə etirazını bildirir


İsrail bir sıra Avropa ölkələrinin səfirlərini çağırıb, onların ölkələrinin fələstinlilərin tərəfini saxlamasına etiraz edib.

İsrail hökuməti elan edib ki, xarici işlər naziri Liberman etirazını bildirmək üçün Britaniya, Fransa, İtaliya, İspaniya səfirlərini çağırıb. Bundan bir gün əvvəl isə həmin 4 ölkə İsrail səfirlərini çağırıb İordan çayının qərb sahilində İsrailin tikinti planlarına etirazını bildirmişdi.

İsrailin baş naziri Netanyahu deyib ki, bu tikinti planları ətrafında “müzakirələrə bir az balans və ədalət qatmaq lazımdır”. İsrail bəzi Avropa ölkələrini bu məsələdə fələstinlilərin tərəfini saxlmaqda ittiham edir.

İsrail keçən həftə elan edib ki, qərb sahilində 1400 yeni ev tikəcək.
XS
SM
MD
LG