-
Binəqədi rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, yanvarın 17-də səhər saatlarında rayonun Şəmsi Rəhimov küçəsi 54 ünvanında, zibil qutusunun içərisində xeyli sayda silah susat aşkar edilib.
Fövqəladə Hallar Nazirliyindən apa-ya bildirib ki, yanvarın 17-də Ziya Bünyadov prospekti ilə Şəmsi Rəhimov küçəsinin kəsişməsində partlayıcı əşya olması barədə əməliyyat məlumatı daxil olub. Hadisə yerində baxış keçirilərkən məlum olub ki, polis şöbəsinin sahə müvəkkili məişət tullantıları olan ərazidə küllü miqdarda silah-sursat aşkar edib.
Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırılıb və adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış əməliyyatına başlanılıb.
Silah-sursatlara baxış zamanı məlum olub ki, döyüş tətbiqinə yararlıdır. Siyahıya 37 ədəd RQD-5 markalı əl qumbarası, 15 ədəd AKSU markalı avtomat silah, digər silah-sursat daxildir.