Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:22

Hollandiya ərzağın bolluğuna və keyfiyyətinə görə dünyada birinci ölkədir


Arxiv foto
Arxiv foto
-
Oxfam təşkilatının ərzağın bolluğu, keyfiyyəti və əhalinin ərzaq almaq imkanlarına görə tərtib olunmuş son indeksində Hollandiyanın ardınca Fransa və İsveçrə gəlir.

“Yeməyə yararlı” (Good Enough to Eat) adlı bu reytinqdə ABŞ və Yaponiya isə hətta ilk 20-liyə də düşə bilməyiblər.

125 ölkə arasında sonuncu üç yeri Efiopiya, Anqola və Çad paylaşıblar.

“Hollandiya insanların doyunca yeyə biləcəyi qədər imkanlar verən yaxşı ərzaq bazarı yaradıb” - deyib Oxfam təşkilatının baş araşdırmaçısı Deborah Hardoon.

Oxfam-ın indeksində ərzağın keyfiyyəti və kafi miqdarda mövcudluğu ilə yanaşı, ölkələrin qidalanma ilə bağlı sağlamlıq problemləri, qarınqululuq və diabet kimi xəstəliklərin yayılması və hətta normal çəkidən aşağı uşaqların faizi də nəzərə alınıb.

İlk onluğa Avropanın İrlandiya, İtaliya, Portuqaliya və Lüksemburq kimi başqa ölkələri də daxil olub.

Böyük Britaniya ərzağın bahalığı ucbatından ümumi indeksdə yalnız 13-cü yeri tuta bilib. Birləşmiş Ştatların 21-ci yerdə qərar tutması ölkədə diabet və qarınqululuğun geniş yayılması ilə bağlıdır.

Afrika ölkələri indeks cədvəlinin axırıncı 30 yerini doldurublar.
Azərbaycan yalnız Afrikadan irəlidədir.

Azərbaycan Oxfam-ın indeksində 125 ölkə arasında 91-ci yeri tutub. Əslində bu cədvəldə bütün keçmiş sovet respublikaları Azərbaycandan yüksək yerlərdədirlər. Azərbaycandan əvvəl və sonrakı yerləri demək olar ki, bütünlüklə Afrika ölkələri tuturlar.

Ermənistan 57-ci yerdədir.

Gürcüstan bu reytinqə daxil edilməyib. Azərbaycanın digər qonşuları olan Türkiyə və İran müvafiq olaraq 77 və 80-ci yerdədirlər.

Ərzağın əhali üçün kafiliyinə görə isə Ermənistan Bosniya-Herseqovinadan sonra ikinci yerdədir. Azərbaycan bu kateqoriyada 71-ci yerdədir. Bütün digər keçmiş sovet respublikalarının hamısı ərzağın bolluğuna görə Azərbaycanı geridə qoyub.

Əhalinin ərzaq almaq qabiliyyətinə görə Azərbaycan 63-cüdür. O bu kateqoriyada Ermənistanı və hətta Türkiyəni geridə qoya bilib.

Lakin ərzağın keyfiyyətinə görə Azərbaycanın göstəriciləri son dərəcə pisdir. Azərbaycan bu kateqoriyada 73-cü yeri tutur ki, ondan sonra İraq və əksərən Afrika ölkələri gəlir. Bu kateqoriyada Ermənistan 63-cü yeri tutub.

Oxfamın hesabatında bildirilir ki, dünya boyunca kifayət qədər ərzaq istehsal edilsə də, hər gün 840 milyon insan ac qalır.

Oxfam hesabatı Dünya Səhiyyə Təşkilatının, Ərzaq və Kənd Təsərrüfatı Fondunun, Beynəlxalq Əmək Təşkilatının 2013-cü il oktyabr-dekabr ayları üçün məlumatları əsasında hazırlayıb.

Oxfam ilk dəfə 1963-cü ildə Kanadada yaradılıb. Təxminən 90 ölkədə fəaliyyət göstərən 17 konfederasiya (təşkilat) birləşib. Dünyada ədalətsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində işlər görür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG