Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 21:05

Qırğızıstanın Oş şəhərində etiraz aksiyası keçirilib


Kyrgyzstan - Supporters of former mayor Myrzakmatov organized a rally in Osh city, 15Jan 2014
Qırğızıstanın cənubundakı Oş şəhərində keçmiş mer Melis Myrzakmatovun tərəfdarları güclü şaxtalara görə etiraz aksiyasını dayandırıblar. Amma aksiyaçılar 2 həftədən sonra etirazların bərpa ediləcəyini deyirlər.

Çərşənbə günü səhər şəhər parlamentində keçirilən mer seçkisində deputatların əksəriyyəti hakim kolaisiyanın nümayəndəsi Aitmamat Kadyrbaevə səs veriblər.

Müxtəlif məlumatlara görə bundan sonra keçmiş merin 8 minədək tərəfdarı şəhərin mərkəzi meydanında etiraz aksiyasına çıxıb, meriyanı qoruyan polisi daşa basaraq, binanı zəpet etməyə cəhd göstəriblər. Melis Myrzakmatov seçkinin saxtalaşdırıldığını deyir.

Aksiyaçılar Melis Myrzakmatovun vəzifəsinə qaytarılmasını tələb edirlər.

2009-cu ildən şəhər meri olan Myrzakmatov ötən ilin sonunda vəzifəsindən kənarlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG