Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 17:16

Berndə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib


Foto arxiv
ATƏT-in sədri, İsveçrənin xarici işlər naziri Didier Burkhalter (Didye Burxalter) bu gün Berndə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprziklə görüşüb.

ATƏT-in rəsmi saytında gedən məlumata görə, görüşdə yeni ildə İsveçrə və ATƏT arasında əməkdaşlıq məsələsi müzakirə olunub.Didye Burkhalter Dağlıq Qarabağ münaqişəsinin həllindəki səylərinə görə həmsədrlərə təşəkkür bildirib.

Həmsədrlər və Anjey Kasprzik daha sonra İsveçrə xarici işlər departamentinin dövlət katibi Yves Rossier (İv Rosye) ilə də görüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG