Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:25

“Comandante” ölsə də... Belorusda populyardır


Venesuela -- Hugo Chavez gitara çalır, 20 sentyabr 2012
Venesuela -- Hugo Chavez gitara çalır, 20 sentyabr 2012
-

Venesuelanın populist prezidenti Hugo Chavez artıq həyatda olmasa da, ölkəsindən minlərlə kilometr uzaqda – Belorusda hələ də populyardır.

Minskdə “Comandante”yə həsr edilmiş müziklin premyerası gözlənilir.

Belorusun Musiqi Teatrı elan edib ki, müzikli ispan dilində, venesuelalı sənətçilərlə birgə hazırlayır.

“Hugo Chavez-in xatirəsinə" adlanan müziklin premyerası yazda Minskdə və Venesuelanın paytaxtı Karakasda olacaq.

"Minsk-Novosti" agentliyinin məlumatına görə, müsiqini Venesuelanın Belorusdakı səfirliyinin birinci katibi Gerardo Estrada bəstələyir.

Chavez-in özü də mahnı oxuyurdu və Belorusun avtoritar lideri Alyaksandr Lukashenka ilə dostluq edirdi.

"Comandante," 14 il prezidentlik edəndən sonra ötən il, 58 yaşında xərçəngdən vəfat edib.

2012-ci ilin martında ikinci əməliyyat öncəsi o, qızıyla birlikdə mahnı oxumuş, rəqs etmişdi. Bu, televiziya ilə yayınlanmışdı.

Cəmiyyətdə onun səhhəti ilə bağlı yaranmış təlaşı bu yolla aradan qaldırmaq istəmişdi.

Chavez siyasi nitqlərinin ortasında da qəfildən mahnı oxuya, nitqini musiqi üstündə söyləyə bilərdi.

2009-cu ildə BMT-də çıxış edərkən inqliabçı Kuba şairi Silvio Rodriguez-in “Mələklərlə görüş” mahnısını oxumuşdu

XS
SM
MD
LG